Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər sabah saat 14:00-dan etibarən iticket.az-da satışda olacaq.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Xatırladaq ki, “Qarabağ” – “Zirə” qarşılaşması bazar günü – martın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək.


