Əvəzedicilər: “Qəbələ” və “Neftçi” 3 xalı 2 qolla qazandılar

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 26-cı turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah”la “Qəbələ”nin əvəzediciləri arasındakı oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

“Kəpəz”lə “Neftçi”nin ikinci komandaları görüşdə də qonaq komanda 2 cavabsız qolla qalib gəlib.

26-cı turun qalan görüşləri bazar ertəsinə təsadüf edəcək.

Əvəzedicilər Liqası
26-cı tur
9 mart

“Səbail-2” – “Sumqayıt-2” 1:2
Qollar: Taleh Qarayev, 46 – Hüseyn Xıdırov, 25. Kamran Quliyev, 48.
Hakimlər: Murad Səlimov, Aydın Baxşıyev, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bayıl Arena”, 15:00.

10 mart

“Sabah-2” – “Qəbələ-2” 0:2
Qollar: Mehrac Baxşalı, 56. Xəyyam Məmmədli, 83.
Hakimlər: Kamran Əliyev, Təlan Talıbzadə, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 13:00.

“Kəpəz-2” – “Neftçi-2” 0:2
Qollar: Ağadadaş Salyanskiy, 13; 44.
Hakimlər: İslam Məmmədov, Teymur Tymurov, Sənan Atayev, Emin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

11 mart

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

“Qarabağ-2” – “Zirə-2”
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Elman Kərimov, Şamil İmanzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: