Klopp “Brayton” üzərində vacib qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın Premyer Liqanın 30-cu turunda “Brayton”la oyunda (2:1) qələbəsini şərh edib.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“0:1 hesabı geri olmamaq əla olardı. Dörd-beş top fərqi ilə irəlidə olmağa üstünlük verərdim. Ancaq bu, De Zerbinin “Brayton”una qarşı ən yaxşı oyunumuzdur.

Ağıllı oynamağımız və ağıllı müdafiə olunmağımız əladır. Bəli, asan deyildi, amma “Brayton”la onların keyfiyyətinə belə, yaxın olmadığımız oyunlar olub. Bu dəfə sakit idik.

“Brayton”un səviyyəsi inanılmazdır. Bu, bu gün nə qədər yaxşı olduğumuzun bir ölçüsüdür. Çünki bu kluba böyük hörmətim var. Onların öz məqamları oldu. Birdən-birə çox riskə getməyə başladılar. Futbolçularımız da azacıq yoruldular. Qələbəyə layiq idik. İstədiyimiz bu idi, çox gözəl idi”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, 30-cu turun mərkəzi, “Mançester Siti” – “Arsenal” oyununda “quru” oyun (0:0) mənzərəsənidə qalib gəlmiş “Liverpul” Premyer Liqanın liderliyini yenidən ələ keçirib. “Qırmızılar”ın 67 xalı var, 2-ci pillədə 65 xalla “topçular” qararlaşıblar. İlk üçlüyü isə 64 xalla “şəhərlilər” qapayırlar.