Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 29-cu turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Səbail”in ikinci komandası ilə ev oyununda darmadağına seviniblər. “Turan Tovuz”la “Sabah”ın ikinci komandaları arasındakı görüşdə isə qonaqlar inamlı qələbə qazanıblar.
Qeyd edək ki, 29-cu turun qalan görüşləri aprelin 8-də keçiriləcək.
Əvəzedicilər Liqası
29-cu tur
6 aprel
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 0:0
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.
7 aprel
“Qarabağ-2” – “Səbail-2” 5:1
Qollar: İbrahim Camalov, 45+2-pen. Nurlan Şabanov, 51. İlham Hüseynov, 78; 90+1. Nihad Mollayev, 83 – İftixar İbrahimov, 39.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.
“Turan Tovuz-2” – “Sabah-2” 0:2
Qollar: Nicat Quliyev, 42-pen. Oluvaseun Timilehin, 83.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 15:00.
8 aprel
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Aydın Baxşıyev, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
“Zirə-2” – “Qəbələ-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Samir Qaracayev, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 15:00.


