Klopp: “Mançester Yunayted”ə daha çox qol vurmalı idik”

“Liverpulun”in baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 32-ci turunda “Mançester Yunayted”lə səfər oyunu (2:2) haqda şərh verib.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Əlbəttə, bu oyunda qalib gəlməliydik. Birinci hissədə daha çox qol vurmalı idik. “Mançester Yunayted”in birinci hissədə heç bir zərbəsi yox idi və 1:0 gözlədiyimizin ən az idi.

Bruno Fernandes əla qol vurdu. Sonra stadion işə keçdi və bizə özümüzə gəlməyimiz üçün daha bir neçə dəqiqə gərək oldu, rəqib isə daha bir çılğın qol vurdu. Rəqib qol vurana qədər də, sonra da yaxşı imkanlarımız vardı.

Mən uşaqlara qətiyyən əsəbi deyiləm, amma oyunda heç nəyə imkan verməyəcəyəm. Çox dərin oturmuşduq. Topa daha çox dəyər verə biləcəyimiz çox məqamlar vardı. Təşəbbüs göstərməyimiz gərəkdir”, deyə Klopp vurğulayıb.

Uğursuz heç-heçə nəticəsində “Liverpul” liderliyini əldən verib. Hazırda “Liverpul” 31 oyundan 71 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Qırmızılar” lider “Arsenal”la eyni miqdarda xal toplasalar da, şəxsi nəticəyə görə “topçular”dan geri qalırlar. “Mançester Yunayted” isə 49 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: