Əvəzedicilər: “Qarabağ” “Neftçi”yə böyük hesabla uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 33-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Kəpəz”lə “Sumqayıt”ın əvəzediciləri arasında baş tutan və 4 qolun vurulduğu oyunda Gəncə təmsilçisi inamlı qələbəyə sevinib.

“Qarabağ”ın əvəzediciləri isə lider “Neftçi-2” ilə oyunda darmadağına üzülüblər.

33-cü turun qalan qarşılaşmaları mayın 6-da və 7-də keçiriləcək.

Əvəzedicilər Liqası
33-cü tur
5 may

“Kəpəz-2” – “Sumqayıt-2” 3:1
Qollar: Nicat Verdiyev, 48, Fərid Kələntərov, 56, Ədilxan Qarəhmədov, 76 – Mahir Həsənov, 37-öz qapısına.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Rüfət Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Qarabağ-2” – “Neftçi-2” 0:3
Qollar: Həbib İsmayılov, 36; 69, Kamal Kazımov, 77.
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 15:00.

6 may

“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Sərxan İsmayılov, Səbuhi Soltanov, Rəşad Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Nazim Abdullayev, Anar Bədəlov, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

7 may

“Səbail-2” – “Qəbələ-2”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: