Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması “Araz-Naxçıvan”la “Sabah” arasında baş tutub.
Naxçıvan təmsilçisi bu oyundan öncə 35 xalla 9-cu sırada qərarlaşmışdısa, “Sabah” 49 xalla 5-ci idi. Avrokuboklara vəsiqə qazanmağa, mükafatçılar sırasına düşməyə çalışan bu komanda ardıcıl üç oyun idi qalib gəlirdi. “Sabah” uğurlu seriyasını bu gün də davam etdirməyə çalışıb. “Araz-Naxçıvan” isə uzun fasilədən sonra ötən tur “Zirə”yə qalib gəlməyi bacarmışdı və onun davamını gətirmək arzusundaydı.
“Araz-Naxçıvan”la “Sabah” daha öncə 3 oyunda üz-üzə gəlmişdilər. Komandaların bir heç-heçəsi vardı və hərəyə bir qələbə qazanmışdılar. Əvvəlki matçlarda səfərdə oynayan tərəf qələbə qazanmamışdı. Bu gün isə həmin ənənə “Sabah” tərəfindən pozulub. Paytaxt təmsilçisi elə ilk dəqiqədə vurduğu yeganə qol sayəsində bu turu da qalib başa vurub. Bu qələbə sayəsində xallarının sayını 52-yə çatdıran “bayquşlar” hazırda 3-cü pillədə qərarlaşıblar.
Premyer Liqa
33-cü tur
5 may
“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Ayaz Quliyev, 1.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 39. Tural Bayramlı, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 88. Xəyal Əliyev, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.


