Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) növbəti – 2024/2025 mövsümünün başlayacağı tarix müəyyənləşib.
Arena.az xəbər verir ki, Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, növbəti çempionat avqustun 9-da start götürəcək.
Sonuncu turun qarşılaşmaları 2025-ci il iyunun 1-də gerçəkləşəcək.
Xatırladaq ki, Super Liqa cari mövsümdə mayın 26-da başa çatacaq.


