Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 35-ci turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
10 qolun qeydə alındığı “Sabah”la “Sumqayıt”ın əvəzediciləri arasındakı oyunda meydan sahibləri qələbə qazanıblar. “Qəbələ”nin ikinci komandası da “Araz-Naxçıvan”ın əvəzedicilərini məğlub yola salıb.
Səfərdə “Səbail-2” ilə qarşılaşan lider “Neftçi”nin əvəzediciləri isə növbəti qələbəsini qazanmaqla sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. 86 xal toplayan Bakı klubu, 82 xala malik “Qəbələ” üçün əlçatmaz olub.
Əvəzedicilər Liqası
35-ci tur
18 may
“Qarabağ-2” – “Turan Tovuz-2” 0:4
Qollar: Arzu Mədətov, 26. Rəşad Əliyev, 28; 44. Fərid Cəfərov, 71.
Hakimlər: Murad Səlimov, Sadiq Əliyev, Əkbər Əliyev, Nazim Abdullayev.
Hakim-inspketor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu.
19 may
“Kəpəz-2” – “Zirə-2” 0:2
Qollar: Şahmar Aşurov, 26. Məhəmməd Səfərov, 56.
Hakimlər: İslam Məmmədov, Samir Qaracayev, Zakir Şükürzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
20 may
“Sabah-2” – “Sumqayıt-2” 6:4
Qollar: Jarl Margarita, 28; 48. Oluvaseun Timilehin, 29. Firəddin Abdullayev, 40. Nicat Quliyev, 60-pen. Yaqub Yusubov, 86 – Rüstəm Hümbətov, 20; 84. Uğur Cahangirov, 59; 65.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sənan Bayramzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Səbail-2” – “Neftçi-2” 1:2
Qollar: Emin Rüstəmov, 45+6-pen – İbrahim Novruzov, 77-pen. Turan Vəlizadə, 81-pen.
Hakimlər: Rövşən Rəcəbov, Rəhman Aslanov, Mirnihad Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bayıl Arena”, 17:00.
“Qəbələ-2” – “Araz-Naxçıvan-2” 2:1
Qollar: Mehrac Baxşalı, 35. Bilal İsmayılov, 50 – Rüstəm Şıxəliyev, 62.
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.



