Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 36-cı turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
2023/2024 mövsümünün sonuncu turunun oyunları mayın 26-da və 27-də keçiriləcək. İlk oyun günündə 3, ikinci oyun günündə isə 2 qarşılaşma baş tutacaq.
Yeri gəlmişkən, Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün mükafalandırma mərasimi keçiriləcək. PFL-dən verilən məlumata görə, Əvəzedicilər Liqasının qalibi “Neftçi” komandasına qızıl medallar və kubok Azərbaycan Premyer Liqasının 36-cı turunun “Neftçi” – “Sabah” oyunundan öncə “Neftçi Arena”da təqdim olunacaq. Liqanın bombardiri isə çempionat tam başa çatdıqdan sonra Peşəkar Futbol Liqasında mükafatlandırılacaq.
Əvəzedicilər Liqası
36-cı tur
26 may
“Zirə-2” – “Səbail-2”
Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “Qəbələ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Sabah-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
27 may
“Turan Tovuz-2” – “Kəpəz-2”
Tovuz şəhər stadionu, 16:00.
“Araz Naxçıvan-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 16:00.


