Postekoqlu AÇ-2024 zamanı televiziya mütəxəssisi kimi çalışacaq

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu AÇ-2024-ün oyunları zamanı televiziyada futbol mütəxəssisi olaraq çalışacaq.

Arena.az məlumat verir ki, bu barədə “ITV football” televiziyası özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşmasında bildirib:

“Səni göyərtəmizdə görməyimizə şadıq, dost!” – “ITV football” dərc edib.

Yunanəsilli avstraliyalı mütəxəssis “Tottenhem”in sükanı arxasına 2023-cü ilin iyulunda keçib. Postekoqlunun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə “Ange” “mahmızlar”ı 41 oyuna çıxarıb, 21 qələbə qazandırıb, 6 oyunda heç-heçə, 14 oyunda isə məğlubiyyət yaşayb. Top fərqi isə 79:68 nisbətindədir.

Postekoqlunun “Tottenhem”i 2023/2024-cü illər İngiltərə Premyer Liqasını 66 xalla 5-ci pillədə başa vurub və növbəti mövsümdə Avropa Liqasında iştirak hüququ əldə edib. Maraqlıdır ki, “mahmızlar” mövsüm boyu zədələrdən əziyyət çəksələr də, Postekqolu komandanın sükanını taraz saxlaya bilib. Beləliklə, mövsmün bitməsilə “Ange” klub rəhbərliyinin etimadını bir daha qazanıb.

Hazırlda avstraliyalı mütəxəssis “Tottenhem”in transferlərinə birbaşa təsir səlahiyyəti alıb və “mahmızlar”ı yeni mövsümə hazırlayır.

Xəbəri sosial şəbəkələrdə paylaş: