Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar çıxarılıb.
Arena.az xəbər verir ki, iclasda hər iki liqanın 35-ci truunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 35-ci tur
“Kəpəz” – “Zirə” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubu 500 manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 35-ci tur
“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz”in futbolçusu Mahir Həsənov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Gəncə komandası buna görə 50 manat cərimə edilib. “Zirə”nin futbolçusu Tamerlan Burcəliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Zirə” klubu buna görə 200 manat cərimə edilib.
“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail”in futbolçusu Oruc Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Səbail” klubu buna görə 50 manat cərimə edilib. “Səbail”in digər futbolçusu Vüqar Həsənov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Səbail” buna görə də 150 manat cərimə edilib.


