Super Liqa: “Alanyaspor”la “Antalyaspor” üçün son matçda 1 xal

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Alanyaspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Tərəflər bu görüşdə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bu nəticədən sonra “Antalyaspor”un mövsümü 49 xalla 10-cu sırada bitirəcəyi dəqiqləşib. “Alanyaspor” isə 52 xalla 7-ci sırada qərarlaşıb. Digər oyunların nəticəsindən asılı olaraq, Alanya klubunun mövqeyində dəyişiklik ola bilər.

Türkiyə, Super Liqa
38-ci tur
24 may

Alanyaspor – Antalyaspor 1:1
Qollar: Hvanqa, 3 – Buksa, 80.

25 may

17:00. Fatih Karagümrük – Samsunspor
20:00. Sivasspor – Kayserispor

26 may

20:00. Adana Dəmirspor – Başakşəhər
20:00. Fənərbaxça – İstanbulspor
20:00. Hatayspor – Rizəspor
20:00. Kasımpaşa – Beşiktaş
20:00. Konyaspor – Qalatasaray
20:00. Pendikspor – Qaziantep
20:00. Trabzonspor – Ankaragücü

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: