Əvəzedicilər Liqası: Son turun təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında mövsümün sonuncu – 36-cı turunun təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, 2023/2024 mövsümünün sonuncu turuna bu gün keçiriləcək üç oyunla start veriləcək. Qalan iki oyun isə sabah baş tutacaq.

Sonuncu – 36-cı turun təyinatlarını təqdim edirik:

Əvəzedicilər Liqası
36-cı tur
26 may

“Zirə-2” – “Səbail-2”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, İslam Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 16:00.

“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

27 may

“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Mahmud Bağırzadə, Elman Kərimov, Rasim Axundov, Murad Səlimli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 16:00.

“Araz Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Səbuhi Bayramov, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: