Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) sonuncu – 36-cı tura, eləcə də 2023/2024 mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, mövsümün sonuncu oyunu çempionluğu xeyli öncə təmin etmiş “Qarabağ” isə mövsümün son matçında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
“Araz-Naxçıvan”la “Qarabağ” daha öncə 7 oyun keçirmişdilər. Bu görüşlərdən 3-də Naxçıvan, 4-də Ağdam klubu sevinən tərəf olmuşdu. Maraqlıdır ki, bu oyunların hamısında meydan sahibi olan komanda qalib gəlmişdi. “Qarabağ” bütün matçlarda qol vurub. Son 6 qarşılaşmada ən azı üç qol vurulmuşdu.
Bu oyunda isə komandalar hərəyə 2 qol və 1 xalla kifayətləniblər. Beləcə, mövsümün son matçı heç-heçə yekunlaşıb.
Premyer Liqa
36-cı tur
25 may
“Araz-Naxçıvan” – “Qarabağ” 2:2
Qollar: Elvis Maşike, 3. Abdulla Rzayev, 58 – Olavio Juninyo, 27. Vadim Abdullayev, 32-öz qapısına.
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
“Azersun Arena”, 19:30.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.


