Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında mövsümün sonuncu – 36-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Çempionluğu daha öncə təmin etmiş “Neftçi-2” son turda “Sabah”ın əvəzediciləri ilə ev oyununda inamlı qələbəyə sevinib.
“Zirə”nin əvəzediciləri də “Səbail”in ikinci komandasını məğlub yola salıb.
“Sumqayıt”la “Qəbələ”nin ikinci komandaları arasındakı görüşdə isə qonaqlar qələbəni bayram ediblər.
Turun və mövsümün qalan iki oyunu sabah baş tutacaq.
Əvəzedicilər Liqası
36-cı tur
26 may
“Zirə-2” – “Səbail-2” 1:0
Qol: Vüsal Əliyev, 54-pen.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Soltanov, İslam Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 16:00.
“Sumqayıt-2” – “Qəbələ-2” 2:3
Qollar: Nihad Orucəli, 64. Nihad Əhmədzadə, 90+3 – Sənan Ağalarov, 4; 5. Bilal İsmayılov, 58.
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Zakir Şükürzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Sabah-2” 3:1
Qollar: Həbib İsmayılov, 36. Kamal Kazımov, 48. Bahadur Quliyev, 88 – Mixail Beştoev, 70.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
27 may
“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Mahmud Bağırzadə, Elman Kərimov, Rasim Axundov, Murad Səlimli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 16:00.
“Araz Naxçıvan-2” – “Qarabağ-2”
Hakimlər: Səbuhi Bayramov, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.


