“Zirə”ni çalışdıran Rəşad Sadıqov Azərbaycan çempionatlarındakı baş məşqçi karyerasında 50-ci qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün sonuncu – 36-cı turunda baş verib.
42 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Zirə” öz meydanında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, Sadıqovun qəsəbə klubunun baş məşqçi təyin olunmasından sonra 128-ci görüş olub. Bu müddətdə 50 qələbə qazanan Bakı təmsilçisi 43 heç-heçə edib və 35 dəfə uduzub.
Qeyd edək ki, yalnız bir kluba rəhbərlik etmiş Rəşad Sadıqov 2020-ci ilin yayından “Zirə”nin baş məşqçisidir.


