Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalında üz-üzə gələcək “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaqlar.
Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar indiyə qədər 36 dəfə görüşüblər.
Bu matçlardan 35-i Premyer Liqa, 1-i Azərbaycan Kubokuna təsadüf edib. Ağdam təmsilçisi 23, bakılılar isə 1 dəfə qalib gəliblər. 12 qarşılaşma heç-heçə bitib.
Yeganə kubok görüşündə də sülh qeydə alınıb. İki il əvvəl finalda üz-üzə gələn rəqiblər kubokun taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq olan “Qarabağ” titula yiyələnib.
Əvvəlki matçlarda Qurban Qurbanovun komandası 71, “Zirə” 18 qola imza atıb.


