Samir Abdullayev “Səbail”lə yeni müqavilə bağladı

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçusu – Samir Abdullayev ilə müqaviləni yeniləyib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayb.

Xəbərdə bildirilir ki, Samir Abdullayevlə 1 illik yeni anlaşma əldə olunub.

Abdullayev ötən mövsüm “Səbail”in heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, Azərbaycanın U-21 milli komandasının da üzvü olan Samir Abdullayev 2022-ci ildən “dənizçilər”in formasını geyinir. O, bu komandanın heyətində bütövlükdə 49 matça çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Abdullayev daha öncə “Keşlə”də (indiki “Şamaxı”) forma geyinib.

“Səbail” Samirdən öncə Yusif Nəbiyevlə də yeni müqavilə bağlamışdı. Adil Nağıyevlə yollarını ayıran paytaxt klubu əvəzində Yusifin qardaşı Fərid Nəbiyevi sıralarına cəlb edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: