“Zirə” Avropa Liqasına Boluda hazırlaşacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü gümüş medallarla başa vurmuş “Zirə”nin yay hazırlıq planı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Rəşad Sadıqovun komandası iyunun 14-dən iyulun 4-nə qədər Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək.

Toplanış müddətində Zirənin eyniadlı təmsilçisi üç yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyunun 21-də, 25-də və iyulun 3-də oynanılması nəzərdə tutulub. Rəqiblərin kimliyi yaxın günlərdə bəlli olacaq.

Xatırladaq ki, geridə qalmış mövsümü həm Premyer Liqanın, həm də Azərbaycan Kubokunun gümüş medalları ilə başa vurmuş “Zirə” növbəti mövsümdə ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: