“Beşiktaş” son çempionu səfərdə məğlub etdi

Bu gün futbol üzrə Türkiyə Super Liqasında 30-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında lider “Beşiktaş” son çempion “Başakşəhər”in qonağı olub.

“Beşiktaş” bu oyunda qələbə qazanaraq liderliyini möhkəmlətmək, “Başakşəhər” isə 3 xal qazanaraq, aşağı pillələrdən qurtulmaq istəyirdi. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası
30-cu tur
12 mart

Başakşəhər – Beşiktaş 2:3
Qol: D.Türüç, 52. D.Ba, 76 – Larin, 42. Velinton, 68. Jozef, 85.

13 mart

14:30. Sivasspor – Fatih Karagümrük
17:00. Rizəspor – Hatayspor
17:00. Alanyaspor – Antalyaspor
20:00. Kayserispor – Qalatasaray

14 mart

14:30. Ankaragücü – Göztəpə
17:00. Qaziantep – Dənizlispor
17:00. Ərzurumspor – Trabzonspor
20:00. Fənərbaxça – Gənclərbirliyi

15 mart

20:00. Kasımpaşa – Konyaspor

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: