Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Neftçi” dünya reytinqində geriləyib, “Sabah”la “Zirə” isə mövqelərini yaxşılaşdırıblar.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
507 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
Ötən ay 48-ci yerdə qərarlaşan “Qarabağ” 5 pillə geriləyib. Hazırda 53-cü olan Ağdam təmsilçisinin hesabında 183,75 xal var.
“Neftçi” də 5 pillə geriləyib. “Ağ-qaralar” (59,25 xal) 403-cü pilləyə düşüblər.
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü gümüş medallarla bitirmiş “Zirə” də irəliləyib. Ötən ay 384-cü sırada qərarlaşmış qəsəbə təmsilçisi hazırda 62,25 xalla 369-cudur.
“Sabah” da 17 pilləlik irəliləyişə nail olub. Paytaxt təmsilçisi hazırda 60,75 xalla 405-cidir.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. Geridə qalmış mövsümdə möhtəşəm nəticələrə imza atmış Almaniya çempionu “Bayer” 2-ci pilləyə yüksəlib. İspaniya təmsilçisi, ötən mövsümü UEFA Çempionlar Liqasının qalibi kimi başa vurmuş “Real” üçüncüdür.
- Mançester Siti (İngiltərə) – 401
- Bayer (Almaniya) – 355
- Real (İspaniya) – 333
- Atalanta (İtaliya) – 320
- Borussiya (Dortmund, Almaniya) – 261
- Atletiko (Madrid, İspaniya) – 260
- Bayern (Almaniya) – 258
- Barselona (İspaniya) – 256
- İnter (İtaliya) – 251
- Palmeyras (Braziliya) – 250
- Fluminense (Braziliya) – 249
- Roma (İtaliya) – 248
- Arsenal (İngiltərə) – 248
- Flamenqo (Brailiya) – 246
- PSJ (Fransa) – 246
- Liverpul (İngiltərə) – 240
- Əl-Əhli (Misir) – 238
- San Paulo (Braziliya) – 233
- Milan (İtaliya) – 228
- Sportinq (Portuqaliya) – 226
- Yunion (Belçika) – 226
- Botafoqo (Braziliya) – 225
- Olimpiakos (Yunanıstan) – 223,5
- Brügge (Belçika) – 219,25
- River Pleyt (Argentina) – 217
- Fiorentina (İtaliya) – 216,5
- Fənərbaxça (Türkiyə) – 214,5
- Fortaleza (Braziliya) – 211,5
- Qalatasaray (Türkiyə) – 211,5
- Korintians (Braziliya) – 210


