Tuncay Şanlı Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyəspor”un baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, TFF 1-ci Liqa təmsilçisi Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Tuncay Şanlı son olaraq “Sakaryaspor”un baş məşqçisi olub. O, sözügedən komandadan bu ilin may ayında ayrılmışdı.
“Ümraniyəspor” Türkiyə 1-ci Liqasının 2023/2024 mövsümünü 11-ci sırada başa vurub.
Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 28 yaşlı futbolçu ötən mövsüm sözügedən komandanın heyətində 33 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.


