Bu yay “Napoli”dən azad agent kimi ayrılmış Pyotr Zelinski bundan sonra İtaliyanın digər klubu “İnter”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Polşalı futbolçu yeni klubu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Pyotr Zelinski 2016-cı ildən “Napoli”nin formasını geyinirdi. Yarımmüdafiəçi bu müddət ərzində 364 oyun keçirib, 51 qola imza atıb, 46 məhsuldar ötürmə müəllifi olub.
30 yaşlı futbolçu əvvəllər “Empoli” və “Udineze”nin da formasını geyinib.
Zelinski 2013-cü ilin iyun ayında debüt etdiyi Polşa millisinin heyətində meydana çıxdığı 93 matçda 12 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


