Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/4 final görüşlərindən sonra yarımfinal cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, 1/4 finalda Almaniya yığmasını məğlub etmiş İspaniya, Portuqaliyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıran Fransa ilə üz-üzə gələcək.
Digər yarımfinal qarşılşamasında isə Niderland İngiltərə ilə münasibətlərə aydınlıq gətirəcək. İngiltərə 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edib (5:3). Niderland isə Türkiyə yığmasından üstün olub – 2:1.
Qeyd edək ki, yarımfinal görüşləri 9-10 iyulda keçiriləcək.
AÇ-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa
10 iyul
23:00. Niderland – İngiltərə


