Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə hazırlığı davam etdirən “Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi təyin olunub. İtaliyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Buna qədər “Neftçi”nin məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.


