Super Liqa: 2024/2025 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025 mövsümünün püşkü atılıb və təqvim müəyyənləşib.

Arena.az xəbər verir ki, İstanbul təmsilçilərindən “Fənərbaxça” və “Qalatasaray” 1-ci turun matçını evdə, “Beşiktaş” isə səfərdə keçirəcək.

Onlar müvafiq olaraq “Adana Dəmirspor”, “Hatayspor” və “Samsunspor”la qarşılaşacaqlar.

Qeyd edək ki, Super Liqada yeni mövsümə avqustun 9-da start veriləcək.

Yeri gəlmişkən, bu gün “Qalatasaray” və “Beşiktaş” arasında Türkiyə Super Kubokunun final matçının keçiriləcəyi tarix və məkan da bəlli olub. Bu qarşılaşma avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.

Qeyd edək ki, ötən mövsüm “Qalatasaray” Türkiyə Super Liqasının qalibi, “Beşiktaş” isə Türkiyə Kubokunun sahibi olub.

Türkiyə, Super Liqa
1-ci tur

Sivasspor – Trabzonspor
Fənərbaxça – Adana Dəmirspor
Rizəspor – Başakşəhər
Kasımpaşa – Konyaspor
Qalatasaray – Hatayspor
Alanyaspor – Eyüpspor
Antalyaspor – Göztəpə
Samsunspor – Beşiktaş
Bodrumspor – Qaziantep

Qeyd edək ki, yeni mövsümün ilk turunda “Kayserispor” istirahət edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: