Conni Evans: “Bunu görmək ağır və çətin idi”

“Mançester Yunayted”in müdafiəçisi Conni Evans yeni sahibi Cim Retklifin gəlişi ilə klubun 250-yə yaxın əməkdaşının ixtisarı haqda danışıb.

Arena.az “Goal” dərgisinə istinadən, şimaliirlandiyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Son bir neçə həftədə bir çox insan işini itirdi, bunu görmək ağır və çətin idi. Yeni sahiblər bunun getmək istədikləri istiqamət olduğunu düşünürlər. Ancaq bilirsiniz, bu, eyni zamanda heç də hamı üçün asan deyildi.

20 ildir tanıdığınız insanlar var və hər şey biz səfərə yollanarkən baş verdi. Beləliklə, bu, bizim hamımıza azacıq qaranlıq qaldı. Əminəm ki, hər şey düzələcək, biz geri qayıdanda hər şey azacıq daha aydın olacaq. Bunu müşahidə etmək ağır idi. Çoxdan, lap çoxdan tanıdığım insanlar var.
Bu böyük ölçüdə və belə dövriyyədə olan bir klubda hələ də orada işləyən ailə üzvləriniz var. Həyat yoldaşım klubda, qardaşım klubda, atam klubda işləyirdi. Belə ki, burada hər zaman hər şeyi verən insanlar vardı və bu, onların böyük bir xidmətdir. Sadəcə, buranı çox sevdikləri üçün”, deyə Conni Evans acı-acı bildirib.

Xatırladaq ki, britaniyalı milyarder Cim Retkliff “Mançester Ynuayed”in yeni həmsahibi olduqdan sonra, “qırmızı şeytanlar”ı yenidən zirvələrə qaldırmaq iddiasındadır. Retklif bu məqsədlə klubun bütün şöbələrində islahatlar aparmaq, yüksək ölçülər müəyyən etməyi düzgün hesab etdiyindən, ilk növbədə kadr ixtisarına başlamağı lazım bilib.

Bunun nə dərəcədə düzgün qərar olduğunu isə “Mançester Yunayted”in qarşıdakı mövsüm şərt olmaqla, gələcək illərdə çıxışları göstərəcək. Hazırda isə “qırmızı şeytanlar”ın qapısı arxasında işini itimiş 250-yə yaxın insan, klubda isə futbol nəhəngi adını keçmiş zamanda daşıyan xatirələr qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: