Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2-ci turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Bu gün baş tutan ilk oyunda “Araz-Naxçıvan”la “Şamaxı”nın əvəzediciləri üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Günün digər oyunu “Səbail”lə “Neftçi”nin ikinci komandaları arasında baş tutub. Bu görüşdə isə “ağ-qaralar” sevinən tərəf olub.
Əvəzedicilərin yarışında 2-ci turun qalan oyunları avqustun 12-də baş tutacaq.
Əvəzedicilər Liqası
2-ci tur
10 avqust
“Qarabağ-2” – “Kəpəz-2” 4:1
Qollar: Nihad Mollayev, 65. Mahmud Ağayev, 69. Rüstəm Əlizadə, 70. Eltun Babazadə, 77 – Fariz Nəcəfov, 45.
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Elşad Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 18:00.
11 avqust
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” 2:1
Qollar: Elcan Məmmədov, 19. Nicat Quliyev, 44 – Elşad Tağıyev, 10.
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Asiman Əzizli, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 16:45.
“Səbail-2” – “Neftçi-2” 0:1
Qol: Murad Məmmədov, 25.
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 18:30.
12 avqust
“Turan Tovuz-2” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.
“Sabah-2” – “Zirə-2”
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gulnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 18:00.


