Alan Şirer və Qari Nevill “Arsenal”ı seçdilər, Ceymi Karrager isə…

Alan Şirer, Qari Nevill və Ceymi Karrager İngiltərə Premyer Liqasının 2024/2025 mövsümü öncəsi proqnozlarını dilə gətiriblər.

Arena.az xəbər verir ki, “Nyukasl”ın və İngiltərə yığmasının sabiq hücumçusu Alan Şirer “Arsenal”ın, “Mançester Siti”nin qələbə silsiləsinə son qoyaraq, Premyer Liqa çempionu olacağına inanır.

Şirerə görə, “şəhərlilər” ikinci yeri tutacaqlar. İngiltərə futbolunun əfsanəsi “Liverpul”u üçüncü pillədə qərarlaşdırıb. Doğma “sağsağanlar”ı isə Şirer fəxri mükafatçı – dördüncü olaraq görür.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi olaraq çalışan Qari Nevill yeni mövsümdə hansı komandanın İngiltərə çempionu olacağını belə təxmin edib:

“Mançester Siti”ni hesabdan silmək olmaz, amma mən yenə “Arsenal”ı seçirəm. Keçən il qalib olmağa çox yaxın idilər və düşünürəm ki, bu dəfə daha bir addım ata bilərlər”, deyə Nevill bildirib.

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager isə “Mançester Siti”nin Premyer Liqada üstünlüyünü sürdürməyi davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı belə cavablayıb:

“Təəssüf ki, bəli. “Arsenal” əsas rəqiq olacaq, amma Xosep Qvardiola liqadan asılı olmayaraq, demək olar ki, həmişə liqa qənimətini qazanır. Onu dayandıra bilən yeganə şəxslər “Real”da Joze Mourinyo, “Liverpul”da isə Yurgen Klopp idilər. Bu, bunun nə qədər çətin olduğunu göstərir”, deyə Karrager vurğulayıb.

Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasının ilk üçlüyü “Mançester Siti”, “Arsenal” və “Liverpul” olaraq sıralanıb.

İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə bu gün start veriləcək.