Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025 mövsümünün 3-cü turunda keçirilməsi planlaşdırılan 3 oyun təxirə salınıb.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qalatasaray” – “Qaziantep”, “Trabzonspor” – “Kayserispor” və “Samsunspor” – “Başakşəhər” görüşləri təxirə salınıb.
Buna “Qalatasaray”ın (UEFA Çempionlar Liqası), eləcə də “Trabzonspor” və “Başakşəhər”in (hər ikisi Avropa Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub. Sözügedən klublar avrokubok matçlarına daha yaxşı hazırlaşmaq üçün çempionat oyunlarının təxirə salınmasını xahiş ediblər. TFF də onların bu istəyini nəzərə alıb.
Avropa Liqasında yer alan “Beşiktaş” isə təqvimə əsasən 3-cü turda meydana çıxmayacaqdı. Bu üzdən də “qara qartallar” da avrokubok matçına rahat hazırlaşa biləcəklər.
Qeyd edək ki, Super Liqada 3-cü turun oyunları növbəti həftəsonu baş tutacaq.


