Əvəzedicilər: “Sumqayıt” və “Kəpəz”in əvəzedicilərindən qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 3-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Kəpəz” və “Turan Tovuz”un əvəzediciləri arasında keçirilmiş oyun Gəncə təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb.

“Sumqayıt” və “Səbail” ikinci komandalarının üç qolluq görüşündə də sevinən tərəf meydan sahibləri olublar.

3-cü turun qalan görüşləri avqustun 19-da keçiriləcək.

Əvəzedicilər Liqası
3-cü tur
17 avqust

“Şamaxı-2” – “Qarabağ-2” 1:1
Qollar: Səbayıl Bağırov, 90+5 – Mahmud Ağayev, 4.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

18 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Amur Yusifov, 70. Nihat Fərəci, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sumqayıt-2” – “Səbail-2” 2:1
Qollar: Ruslan Əliyev, 11. Şükür Cəfərli, 45+2 – Bəhram Köçərli, 55.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:30.

19 avqust

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“ASK Arena”, 18:00.

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Rahil Ramazanov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: