“Yuventus” məğlub oldu, “Milan” əzmkar qələbəyə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

Son çempion “Yuventus” “Benevento”nu qəbul edib. Turin təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

Turnir cədvəlinin ikincisi “Milan” bu turda çətin “Fiorentina” səfərinə yollanıb və əzmkar qələbəyə sevinib.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Roma” burada “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib və iki cavabsız qolla uduzub.

Bu tur keçirilməli olan “İnter” – “Sassuolo” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.

İtaliya A Seriyası
28-ci tur
19 mart

Parma – Cenoa 1:2
Qol: Pelle, 16 – Skamakka, 50; 69.c

20 mart

Krotone – Bolonya 2:3
Qol: Messias, 32. Simi, 40-pen – Sumaoro, 62. Şuten, 70. Skov, 84.

Spetsiya – Kalyari 2:1
Qol: Pikkoli, 49. Macciore, 80 – Pereyro, 83.

21 mart

Verona – Atalanta 0:2
Qol: Malinovski, 33. Sapata, 42.

Yuventus – Benevento 0:1
Qol: Qaiç, 69.

Sampdoriya – Torino 1:0
Qol: Kandreva, 25.

Udineze – Latsio 0:1
Qol: Maruşiç, 37.

Fiorentina – Milan 2:3
Qol: Pulqar, 17. Riberi, 51 – İbrahimoviç, 9. Dias, 57. H.Çalhanoğlu, 72.

Roma – Napoli 0:2
Qol: Mertens, 27; 34.

Xəbəri sosial şəbəkələrdə paylaş: