Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 5-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci tura avqustun 30-da start veriləcək. Turun sonuncu matçı isə sentyabrın 2-də baş tutacaq.
Əvəzedicilər Liqası
5-ci tur
30 avqust
“Kəpəz-2” – “Sabah-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.
“Neftçi-2” – “Şamaxı-2”
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.
31 avqust
“Zirə-2” – “Qarabağ-2”
Bakı. “ASK Arena”, 17:00.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
2 sentyabr
“Turan Tovuz-2”– “Səbail-2”
Tovuz şəhər stadionu, 17:00.


