Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 4-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Səbail”lə “Kəpəz”in əvəzedici komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu oyunda 3 cavabsız qolla qalib gəliblər.
Turun qalan görüşləri avqustun 25-də və 26-da keçiriləcək.
Əvəzedicilər Liqası
4-cü tur
24 avqust
“Səbail-2” – “Kəpəz-2” 3:0
Qollar: Teymur Məmmədov, 33. Oruc Məmmədov, 90+1. Rəvan Abbasov, 90+2.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”.
25 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Müslüm Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”.
“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”.
26 avqust
“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”.
“Şamaxı-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.


