“Çelsi”nin ingiltərəli hücumçusu Noni Madueke yol verdiyi hərəkəti müqabilində xoşagəlməz vəziyyətlə üzləşib.
Arena.az məlumat verir ki, Madueke özünün rəsmi sosial şəbəkə hesabı üzərindən paylaşdığı yazıda Vulverhemton şəhəri haqda kəskin fikir bildiirb:
“Bu yerlə bağlı hər şey – nəcisdir”, – futbolçunun paylaşımında qeyd olunub.
Bundan sonra Madueke paylaşmasını silib və müvafiq paylaşmanı yalnız şəxi hesabı üzərindən paylaşmaq istəyini, səhvən rəsmi hesabı üzərindən paylaşdığını etiraf edib.
Xatırladaq ki, “Çelsi” avqustun 25-də İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə Vulverhemton şəhərinin eyniadlı klubu ilə qarşılaşacaq.
Maduekenin hərəkəti ona baha başa gəlib. Futbolçu xoşagəlməz vəziyyətə düşməsi ilə yanaşı həm qınaq hədəfinə çevrilib, həm də rəqib düşərgənin azarkeşləri tərəfindən “söyüş xonçası”na qonaq edilib.
“Çelsi”nin “zadəganlar”ın futbolçusu haqda hansı intizam ölçüsü götürəcəyi haqda məlumat isə hələ açıqlanmır.
Vurğulanır ki, müvafiq hallar meydandan kənarda klubların münasibəti ciddi mənfi təsir göstərir və azarkeş qarşıdurmalarına yol açır.


