Əvəzedicilər: “Sabah”a 1 qol bəs etdi, Şamaxıda…

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 4-cü turun sonuncu oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Şamaxı” ilə “Zirə”nin əvəzediciləri arasındakı qarşılaşmada qapılara qol vurulmayıb.

“Sabah”ın ikinci komandası isə “Sumqayıt”ın əvəzediciləri ilə ev oyununda tək qolla 3 xala sahib çıxıblar.

Əvəzedicilər Liqası
4-cü tur
24 avqust

“Səbail-2” – “Kəpəz-2” 3:0
Qollar: Teymur Məmmədov, 33. Oruc Məmmədov, 90+1. Rəvan Abbasov, 90+2.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”.

25 avqust

“Qarabağ-2” – “Turan Tovuz-2” 0:3
Qollar: Arzu Mədətov, 29. Elçin Qasımov, 47; 57.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Müslüm Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 3:3
Qollar: Elcan Məmmədov, 56; 75. Turan Vəlizadə, 90+4-pen – Fərhad Fərhadlı, 21; 45+1. Həbib İsmayılov, 81.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”.

26 avqust

“Sabah-2” – “Sumqayıt-2” 1:0
Qol: Oluvaseun Timilehin, 63.
Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”.

“Şamaxı-2” – “Zirə-2” 0:0
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: