AFFA Elmar Baxşıyevlə İlkin Verdiyevi 5 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasının 4-cü turunda baş verənlərə hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası, 4-cü tur

“Səbail” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz”in analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. Gəncə klubu buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib. Oyunun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. Naxçıvan komandası buna görə 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Oyunun 90+5-ci dəqiqəsində “Araz-Naxçıvan”ın inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb. Naxçıvan komandası buna görə də 4000 manat cərimə edilib. Bu oyunda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə paytaxt klubuna xəbərdarlıq edilib.

“Sabah” – “Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə paytaxt klubu 800 manat cərimə edilib. Bu oyunda “Sumqayıt”ın baş məşqçisi Samir Abasov intizam qaydalarını pozduğuna görə ona xəbərdarlıq edilib. “Sumqayıt”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə sözügedən kluba xəbərdarlıq edilib.

“Zirə” – “Şamaxı” oyunu bitdikdən sonra “Zirə” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə paytaxt klubu 2000 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 4-cü tur

“Səbail-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib.

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib. “Qarabağ-2” matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə Ağdam komandası 100 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Ayxan Məcidov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası 70 manat cərimə edilib.

“Şamaxı-2” – “Zirə-2” oyununda “Şamaxı”nın 5 futbolçusu sarı vərəqə aldığına görə əyalət komandası 70 manat cərimə edilib. “Zirə-2” “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə sözügedən klub 50 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: