Elşad Tağıyev “Şamaxı”nı “Qəbələ”yə dəyişdi

“Şamaxı”nın hücumçusu Elşad Tağıyev Premyer Liqa təmsilçisindən ayrılaraq Birinci Liqada mübarizə aparan “Qəbələ” klubuna keçib.

Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.

Belə ki, “Şamaxı” futbolçusu Elşad Tağıyevlə yollarını ayırıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Əyalət klubu futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd etdiyimiz kimi, Tağıyev digər bölgə təmsilçisi “Qəbələ”yə keçib. Məhz “Qəbələ”nin futbol akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Elşad Tağıyev daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinmiş Elşadın son komandası “Şamaxı” olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: