Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025 mövsümünün 3-cü turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında son çempion “Qalatasaray” doğma meydanda “Qaziantep”lə üz-üzə gəlib.
Dörd qolun qeydə alındığı bu oyunda “sarı-qırmızılar” ardıcıl 5-ci qələbələrini rəsmiləşdiriblər.
Bu nəticədən sonra xalını 15-ə çatdıran “Qalatasaray” vahid liderliyi ələ keçirib. “Fənərbaxça” 13 xalla 2-cidir. “Başakşəhər” və “Beşiktaş”ın isə 10 xalı var.
Türkiyə, Super Liqa
3-cü turun oyunu
17 sentyabr
Qalatasaray – Qaziantep 3:1
Qollar: B.A.Yılmaz, 11. Y.Akgün, 26. Batşuayi, 76 – F.Soyalp, 81.


