Super Liqa: “Başakşəhər” Samsundan xalsız qayıtdı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 3-cü turundan təxirə salınmış oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə oyunu “Samsunspor”la “Başakşəhər” arasında baş tutub.

Samsunda keçirilən qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb. Cari mövsümdə 3-cü qələbəsini rəsmiləşdirən “Samsunspor” xallarının sayını 9-a çatdırıb və 6-cı pilləyə yüksəlib. “Başakşəhər” isə 10 xalla 4-cü sırada qərarlaşıb.

Onu da qeyd edək ki, İstanbul təmsilçisi cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib.

Türkiyə, Super Liqa
3-cü turun oyunu
18 sentyabr

Samsunspor – Başakşəhər 2:0
Qollar: Marius, 65. Van Dronqalen, 72.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: