Kannavaro A Seriyasında çempionluq yürüşünü qiymətləndirdi

İtaliya yığmasının keçmiş mərkəz müdafiəçisi Fabio Kannavaro A Seriyasının cari mövsümündə çempionluq yarışı ilə bağlı fikrini paylaşıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, Kannavaronun bu barədə fikrini təqdim edir:

“Napoli”nin çempionluğu ? Bunu zaman göstərəcək. Şübhəsiz ki, güclü komandadır. Keçən il “İnter”dən çox geridə qalsalar belə, vacib dəyərlərə sahib idilər, güclü futbolçulara və vacib məşqçiyə pul xərclədilər. O (baş məşqçi Antonio Konte – redaktorun qeydi) isə əlbəttə ki, sona qədər mübarizə aparmaq üçün bütün xüsuslara malikdir.

“Yuventus” çox pul xərcləyən komandadır, fikirləri olan bir məşqçisi var, amma “İnter” daha bir neçə üstünlüyə malikdir. Bu, şən çempionat mövsümü olacaq, biz hələ yarışın əvvəlindəyik”, deyə Kannavaro vurğulayıb.

Xatırladaq ki, Kannavaro “Napoli”nin yetirməsidir və “İnter”lə “Yuventus”da da çıxış edib.

İtaliya A Seriyasının 7 turundan sonra “Napoli” 16 xalla yarış cədvəlinə başçılıq edir. “İnter” 14 xalla 2-ci pillədən “eşşəkciklər”i təqib edir. “Yuventus” isə 13 xalla 4-cü pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: