Super Liqa: “Rizəspor”a Bodrumda 1 qol bəs etdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Bodrumspor” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib. Rizə təmsilçisi səfərdə tək qolla qələbə qazanıb. Nəticədə hər iki komandanın xalları bərabərləşib. 9 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib, 5 məğlubiyyət almış komandalar hazırda 10 xalla 12-13-cü pillələri bölüşürlər.

Super Liqanın turnir cədvəlinə son çempion “Qalatasaray” (25 xal) rəhbərlik edir. “Beşiktaş” 20 xalla 2-ci, “Samsunspor” 19 xalla 3-cü sırada qərarlaşıb.

“Fənərbaxça” 17, “Eyüpspor” 15, “Başakşəhər” 14, “Göztəpə” və “Trabzonspor” 12, “Kasımpaşa”, “Sivasspor” və “Konyaspor” 11 xal toplayıblar.

Türkiyə, Super Liqa
9-cu tur
19 oktyabr

Kayserispor – Qaziantep 2:2
Qollar: Boa Morte, 23. M.Kardozo, 56 – Okereke, 22. Kozlovski, 45+1.

Trabzonspor – Başakşəhər 1:0
Qol: Vişça, 90+1.

Antalyaspor – Qalatasaray 0:3
Qollar: İkardi, 10; 52. Osimhen, 90+2.

Eyüpspor – Göztəpə 1:0
Qol: A.Kutucu, 19.

20 oktyabr

Sivasspor – Hatayspor 3:2
Qollar: Manay, 43; 73. S.Kamara, 79 – Rivas, 45+2. Kalvo, 61.

Beşiktaş – Konyaspor 2:0
Qollar: İmmobile, 29-pen. Rafa Silva, 45+1.

Alanyaspor – Kasımpaşa 1:2
Qollar: Kordova, 66 – Ben Uanes, 2. Brekalo, 34.

Samsunspor – Fənərbaxça 2:2
Qollar: Holse, 48. S.Aydoğdu, 88 – Tadiç, 24. Sent-Maksimin, 62.

21 oktyabr

Bodrumspor – Rizəspor 0:1
Qol: Sou, 83.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: