İngiltərə Premyer Liqası cari mövsümün qış mərhələsində komandaların oynayacağı topu ictimaiyyətə təqdim edib.
Arena.az bu barədə İngilərə Premyer Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.
Top “Nike” şirkətinin istehsalıdır. “Soyuq qış günlərində istilik gətirir”, – topun təqdimat şüarında deyilir. Top əlvan rəngləri ilə diqqət çəkir ki, bu da əlverişsiz hava şəraitində “yumru”nun meydanda daha diqqətlə nəzərə çarpmasını təmin edir.
Premyer Liqanın 8 turundan sonra 21 xal toplamış “Liverpul” yarış cədvəlinə başçılıq edir.
20 xal toplamış “Mançester Siti” 2-ci pillədə qərarlaşıb. İlk üçlüyü 17 xalla “Arsenal” qapayır, “topçular”a eyni miqdarda xal toplamış “Aston Villa” “boğaz” olub – “şirlər” 4-cü pillədə qərarlaşıblar.


