Qvardiola “Tottenhem”ə məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Liqa Kubokunun 1/8 finalında “Tottenhem”ə 1:2 hesablı məğlubiyyəti şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz çox yaxşı oynayırıq. Belə sürətli oyun oynayırsansa, onlar isə daha da sürətli hücum edirlərsə, deməli, biz çox yaxşı oynadıq. Nə qədər yaxşı oynadığımızı çox yaxşı bilirəm. Ancaq futbolda biz bəzən oyunçuların sayına görə çətin vəziyyətə düşürük. Nə var, ortadadır. Bu, adi haldır. Oyunçuların bir məhdudiyyət həddi var”, deyə Qvardiola vurğulayıb.

İspan mütəxəssis bu oyunda məğlubiyyəti əsasən heyətin zədələr səbəbi ilə əlçatmaz olması ilə əlaqələndirib:

“Sabah məşqdə iki qapıçımız və Erlinq Haland olacaq, başqa heç kimimiz yoxdur. Biz hazırda 13 oyunçudan ibarətik. Həqiqətən də çətinliklərimiz var, amma səy göstərməliyik. Oynayan uşaqların əksəriyyəti oyunu fəsadlarla başa vurublar, bizə isə onların necə sağalacağını görmək qalıb. Doqquz il ərzində heç vaxt bu qədər çox səbəbdən bu qədər zədəlilərlə üzləşməmişdim. Belə vəziyyətlərdə oyunçular irəli addım atırlar. İndi onlar həmişəkindən daha çox mütəşəkkilləşiblər”, – “Manchester Evening News” dərgisi Qvardioladan sitat gətirir.

Xatırladaq ki, məğlubiyyət nəticəsində “Mançester Siti” yarışda iştirakına xitam verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: