“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Liqa Kubokunda “Mançester Siti” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Arena.az “Tottenhem”in rəsmi saytına istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əhəmiyyətli qələbədir. Aydındır ki, kubok yarışlarında qələbəsiz keçinə bilməzsiniz, əks halda yarışdan kənarda qalacaqsınız. Baxın, biz həmişə sizin həyatınızı çətinləşdirməyə çalışacaq inanılmaz bir komanda ilə oynadıq. Düşünürəm ki, biz müdafiədə yaxşı oynadıq, rəqibə isə çox da imkan vermədik.
Hücum mərhələsində də çox gözəl fürsətlər yaratdıq, oyunu erkən bitirmək imkanlarımız da oldu, amma onlardan yararlana bilmədik. Amma “Mançester Siti” ilə oynayanda fəsad yaşamağa hazır olmalısan. Düşünürəm ki, biz onlarla məşğul olub öhdələrindən də gəldik”, deyə Postekoqlu məmnunluqla vurğulayıb.
Xatırladaq ki, yarışın 1/4 finalında “Tottenhem” “Mançester Yunayted”i qəbul edəcək. Oyun dekabrın 17-də baş tutacaq.


