A Seriyası da başladı: Milan klublarından ilk oyunda qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/23 mövsümünə start verilib. Arena.az xəbər verir ki, mövsümün və ilk turun ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Son çempion “Milan” doğma meydanda “Udineze” ilə qarşılaşıb. Altı qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. Səfərdə “Leççe” ilə qarşılaşan Milanın digər təmsilçisi “İnter” isə çətin və dramatik qələbə qazanıb.

“Atalanta” səfərdə “Sampdoriya”nı, “Torino” da “Monza”nı məğlub edib.

İtaliya A Seriyası
1-ci tur
13 avqust

Milan – Udineze 4:2
Qol: T.Hernandes, 11-pen. Rebiç, 15; 68. B.Dias, 46 – Bekao, 2. Masina, 45+3.

Sampdoriya – Atalanta 0:2
Qol: Toloy, 26. Lukman, 90+4.

Leççe – İnter 1:2
Qol: Sisey, 48 – Lukaku, 2. Dumfris, 90+4.

Monza – Torino 1:2
Qol: Mota, 90+4 – Mirançuk, 43. Sanabriya, 66.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: