A Seriyası: “İnter” derbidə uduzdu, “Roma” vahid lider oldu

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 12-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

“Verona” evdə “Parma”ya uduzubsa, “Latsio” “Leççe”ni xalsız yola salıb. “İnter” Milan derbisində bu şəhərin eyniadlı təmsilçisinə məğlub olub. Bundan maksimum istifadə etmiş “Roma” səfərdə “Kremoneze”ni məğlub etməklə vahid liderə çevrilib.

İtaliya, A Seriyası
12-ci tur

22 noyabr

Udineze – Bolonya 0:3
Qollar: Pobeqa, 54; 60. Bernardeski, 90+4.

Kalyari – Cenoa 3:3
Qollar: Borelli, 33; 60. Espozito, 43 – Vitinya, 18. Estiqor, 41. Martin, 83.

Fiorentina – Yuventus 1:1
Qollar: Mandraqora, 48 – Kostiç, 45+6.

Napoli – Atalanta 3:1
Qollar: D.Neres, 17; 38. Lanq, 45 – Skamakka, 52.

23 noyabr

Verona – Parma 1:2
Qollar: Covane, 65 – Pelleqrino, 18; 80.

Kremoneze – Roma 1:3
Qollar: Folino, 90+3 – Sule, 17. Ferquson, 64. Uesli, 69.

Latsio – Leççe 2:0
Qollar: Genduzi, 29. Noslin, 90+5.

İnter – Milan 0:1
Qol: Pulişiç, 54.

24 noyabr

21:30. Torino – Komo
23:45. Sassuolo – Piza

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: