A Seriyası: “Napoli” “Qarabağ”la oyuna qələbə ilə çıxacaq

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 12-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Kalyari” – “Cenoa” və “Fiorentina” – “Yuventus” matçlarında qalib müəyyənləşməyib. “Udineze” doğma meydanda “Bolonya”ya 3 cavabsız qolla uduzub. UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”ın növbəti rəqibi olan “Napoli” isə doğma meydanda “Atalanta” üzərində inamlı qələbəyə sevinib.

İtaliya, A Seriyası
12-ci tur

22 noyabr

Udineze – Bolonya 0:3
Qollar: Pobeqa, 54; 60. Bernardeski, 90+4.

Kalyari – Cenoa 3:3
Qollar: Borelli, 33; 60. Espozito, 43 – Vitinya, 18. Estiqor, 41. Martin, 83.

Fiorentina – Yuventus 1:1
Qollar: Mandraqora, 48 – Kostiç, 45+6.

Napoli – Atalanta 3:1
Qollar: D.Neres, 17; 38. Lanq, 45 – Skamakka, 52.

23 noyabr

15:30. Verona – Parma
18:00. Kremoneze – Roma
21:00. Latsio – Leççe
23:45. İnter – Milan

24 noyabr

21:30. Torino – Komo
23:45. Sassuolo – Piza

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: