A Seriyasında qonaqların günü: “Yuventus”la “Roma” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.

Joze Mourinyolu “Roma” Berqamoda “Atalanta”nın qonağı olub. “Canavarlar” iddialı rəqibini böyük hesabla məğlub edib. “Udineze” də “Kalyari” ilə səfər matçında 4 cavabsız qolla qalib gəlib.

“Yuventus” bu turda “Bolonya” səfərinə yollanıb. Turin təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gələcək.

İtaliya A Seriyası
18-ci tur

17 dekabr

Latsio – Cenoa 3:1
Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.

Salernitana – İnter 0:5
Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.

18 dekabr

Atalanta – Roma 1:4
Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.

Bolonya – Yuventus 0:2
Qol: Morata, 6. Kuadrado, 69.

Kalyari – Udineze 0:4
Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.

19 dekabr

15:30 Fiorentina – Sassuolo
18:00 Spetsiya – Empoli
21:00 Sampdoriya – Venetsiya
21:00 Torino – Verona
23:45 Milan – Napoli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: